AZƏRBAYCAN
Azərbaycan milli komandası “Davis Cup” turnirində iştirak edəcək
Azərbaycan milli komandası “Davis Cup” turnirində iştirak edəcək
Azərbaycanın kişilərdən ibarət tennis üzrə milli komandası “Davis Cup” turnirində mübarizə aparacaq.
Azərbaycan Tennis Federasiyasından verilən məlumata görə, komandamız yarışda iştirak etmək üçün Moldovaya yola düşüb.
ATF-nin vitse-prezidenti Orxan Manaflı və federasiyanın koordinatoru Yalçın Manaflının rəhbərliyi altında keçiriləcək turnirdə Azərbaycanı Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisi “Davis Cup”ın III qrupunda mübarizə aparacaq. Yarış 10–13 iyun tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək.
