Australian Open: Stefanos Tsitsipas yarımfinala yüksəldi

Australian Open: Stefanos Tsitsipas yarımfinala yüksəldi

Australian Open: Stefanos Tsitsipas yarımfinala yüksəldi

Yunanıstanlı tennisçi Stefanos Tsitsipas Australian Open-in 1/4 finalında çexiyalı Jiří Lehečkanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Turnirin favoritlərindən olan Tsitsipas inamlı oyun nümayiş etdirərək rəqibini 6:3, 7:6(2), 6:4 hesabı ilə üstələyib və görüşü üç setdə başa vurub.

Beləliklə, Tsitsipas yarımfinalda rusiyalı Karen Xaçanovla qarşılaşacaq.

Qarşılaşma 27 yanvar, Bakı vaxtı ilə saat 07:00-da keçiriləcək.