ATP
Australian Open: Novak Cokoviç set uduzmadan 1/4 finala yüksəlib
Australian Open: Novak Cokoviç set uduzmadan 1/4 finala yüksəlib
Serbiyalı tennisçi Novak Cokoviç Australian Open turnirinin 1/8 final mərhələsində avstraliyalı Aleks de Minoru inamlı oyunla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Turnirin əsas favoritlərindən olan Cokoviç rəqibinə heç bir şans verməyərək 6:2, 6:1, 6:2 hesabı ilə qalib gəlib və növbəti mərhələyə set itirmədən yüksəlib.
Matç öncəsi De Minora qarşı çətin mübarizə gözlənilsə də, serbiyalı tennisçi üstün performansı ilə bütün suallara kortda cavab verib.
Cokoviç 1/4 finalda rusiyalı Andrey Rublevlə qarşılaşacaq. Görüş 25 yanvar, Bakı vaxtı ilə saat 04:00-da keçiriləcək.
