Australian Open: Novak Cokoviç Andrey Rublevi məğlub edərək yarımfinala yüksəlib

Australian Open: Novak Cokoviç Andrey Rublevi məğlub edərək yarımfinala yüksəlib

Australian Open: Novak Cokoviç Andrey Rublevi məğlub edərək yarımfinala yüksəlib

Serbiyalı tennisçi Novak Cokoviç Australian Open turnirində inamlı çıxışını davam etdirərək yarımfinala vəsiqə qazanıb.

Turnirin 1/4 finalında o, dünya reytinqinin 6-cı pilləsində qərarlaşan rusiyalı Andrey Rublevi cəmi 2 saat ərzində 6:1, 6:2, 6:4 hesabı ilə məğlub edib.

Bu qələbə ilə Cokoviç Australian Open-də rekord olan 10-cu çempionluğuna bir addım da yaxınlaşıb.

Serbiyalı tennisçi yarımfinalda karyerasında ilk dəfə Böyük Dəbilqə yarımfinalına yüksələn amerikalı Tommy Paulla qarşılaşacaq.

Qarşılaşma 27 yanvar, Bakı vaxtı ilə saat 07:00-da Melburnda keçiriləcək.