WTA
Aryna Sabalenka Australian Open 2024-ün çempionu olub
Belaruslu tennisçi Aryna Sabalenka Australian Open 2024 turnirinin finalında çinli Qinwen Zhengi 6:3, 6:2 hesabı ilə məğlub edərək çempion olub.
Sabalenka bununla Australian Open titulunu uğurla qoruyub və karyerasının ikinci Böyük Dəbilqə çempionluğunu qazanıb. O, 2013-cü ildən bəri Australian Open-də titulunu qoruyan ilk qadın tennisçi olub və həmyerlisi Viktoriya Azarenkanın 2012–2013-cü illərdəki uğurunu təkrarlayıb.
