ATP
Andy Murray “Nottingham Open” turnirinin qalibi olub
Andy Murray “Nottingham Open” turnirinin qalibi olub
Andy Murray “Nottingham Open” turnirində həyəcanlı final qarşılaşmasında gənc fransalı Artur Cazaux-u məğlub edərək ardıcıl ikinci titulunu qazanıb.
“Wimbledon” turnirinə hazırlıqlarını davam etdirən 36 yaşlı britaniyalı tennisçi finalda Arthur Cazaux üzərində 6:4, 6:4 hesabı ilə qələbə qazanaraq turnirin çempionu olub.
Bundan əvvəl Surbiton turnirində avstriyalı Yurij Rodionovu məğlub edən Murray bir həftə ərzində ikinci titulunu əldə edib. Bu qələbə ilə onun ardıcıl qələbə seriyası 10 oyuna çatıb.
