Alcaraz “Queen’s Club” turnirində çempion olub

Alcaraz “Queen’s Club” turnirində çempion olub

Alcaraz “Queen’s Club” turnirində çempion olub

Carlos Alcaraz 2023-cü il “Queen’s Club” turnirinin finalında Alex de Minauru 6:4, 6:4 hesabı ilə məğlub edərək çempion titulunu qazanıb.

İspan tennisçi bu qələbə ilə qarşıdan gələn Wimbledon turnirində əsas favoritlərdən biri olduğunu bir daha nümayiş etdirib.

20 yaşlı Alcaraz bu mövsüm “Rolan Qarros” turnirinin yarımfinal mərhələsinə qədər yüksəlib. Lakin həmin mərhələdə turnirin son qalibi Novak Cokoviçə məğlub olaraq mübarizəni dayandırıb.

Qərbi Londonda qazandığı bu titul sayəsində Alcaraz ATP dünya reytinqində yenidən 1-ci pilləyə yüksəlib.

Final görüşündən sonra açıqlama verən ispaniyalı tennisçi Wimbledon turnirində favoritlərdən biri olduğunu bildirib.