54-cü Tennis.az Liqasının qalibi müəyyənləşib
54-cü Tennis.az Liqasının qalibi müəyyənləşib
Sentyabr–oktyabr aylarında keçirilən 54-cü Tennis.az Liqasının qalibi Ziya Ələkbərov olub.
Ziya liqa çərçivəsində keçirdiyi 6 qarşılaşmanın 5-də qələbə qazanaraq karyerasında 10-cu çempionluğunu qeyd edib. Ən yaxın izləyicisi İrfan Səmədova 0:6, 2:6 hesabı ilə məğlub olmasına baxmayaraq, bu nəticə onun çempionluğuna mane olmayıb.
Tennis.az Liqası üzrə çempionların siyahısı
Aşağıda Tennis.az Liqası tarixində indiyədək çempion olmuş tennisçilərin siyahısı təqdim olunur:
🏆 Ziya Ələkbərov – 10
🏆 Teymur Dadaşov – 8
🏆 İrfan Səmədov – 7
🏆 Augusto Massari – 6
🏆 Zaur Bayramov – 6
🏆 Zaur Məmmədzadə – 5
🏆 Diana Yakovleva – 4
🏆 İsmayıl Akınçı – 2
🏆 Stefano La Femina – 1
🏆 Elvin Həşimov – 1
🏆 İsmayıl Babayev – 1
🏆 Vasif Mütəllibov – 1
🏆 Ruslan Nuriyev – 1
🏆 Aurelien Prost – 1
