TENNİS LİQASI
52-Cİ LİQANIN QALİBİ Ziya Ələkbərov OLDU
52-ci Tennis.az Liqasının qalibi müəyyənləşib
İyun–iyul aylarında keçirilən 52-ci Tennis.az Liqası başa çatıb.
Liqanın yekununda Ziya Ələkbərov çempion olub. O, keçirdiyi 6 oyundan 5-də qələbə qazanaraq karyerasının 9-cu Tennis.az Liqa çempionluğunu rəsmiləşdirib.
Ən yaxın izləyicisi İrfan Səmədova 6:3, 5:7, 4:6 hesabı ilə məğlub olmasına baxmayaraq, Ziya Ələkbərov topladığı xallar sayəsində çempionluğu təmin edib.
52 liqa üzrə ən çox çempionluq qazanan tennisçilər:
- Ziya Ələkbərov — 9 🏆
- Teymur Dadaşov — 8 🏆
- İrfan Səmədov — 6 🏆
- Augusto Massari — 6 🏆
- Zaur Bayramov — 6 🏆
- Zaur Məmmədzadə — 5 🏆
- Diana Yakovleva — 4 🏆
- İsmayıl Akıncı — 2 🏆
- Stefano La Femina — 1 🏆
- Elvin Həşimov — 1 🏆
- İsmayıl Babayev — 1 🏆
- Vasif Mütəllibov — 1 🏆
- Ruslan Nuriyev — 1 🏆
- Aurelien Prost — 1 🏆
