AZƏRBAYCAN
51-ci Tennis.az Liqasının qalibi müəyyənləşib
Aprel–may aylarını əhatə edən 51-ci Tennis.az Liqası başa çatıb. Gərgin və maraqlı mübarizənin sonunda İrfan Səmədov çempion adını qazanıb.
Bu nəticə ilə İrfan Səmədov karyerasında 6-cı Tennis.az Liqa çempionluğunu rəsmiləşdirib. O, keçirdiyi 6 oyundan 5-də qələbə qazanıb. Yeganə məğlubiyyətini son çempion Ziya Ələkbərovdan almasına baxmayaraq, bu nəticə onun turniri birinci pillədə başa vurmasına mane olmayıb.
Tennis.az Liqasında çempionluqların sayı:
- Teymur Dadaşov – 8
- Ziya Ələkbərov – 8
- İrfan Səmədov – 6
- Zaur Bayramov – 6
- Augusto Massari – 6
- Zaur Məmmədzadə – 5
- Diana Yakovleva – 4
- İsmayıl Akıncı – 2
- Stefano la Femina – 1
- Elvin Həşimov – 1
- İsmayıl Babayev – 1
- Vasif Mütəllibov – 1
- Ruslan Nuriyev – 1
- Aurelien Prost – 1
