48-ci Tennis.az Liqasının qalibi Teymur Dadaşov olub

48-ci Tennis.az Liqasının qalibi Teymur Dadaşov olub

 

2023-cü ilin son Tennis.az Liqası başa çatıb. Gərgin mübarizənin sonunda Teymur Dadaşov bütün görüşlərində qələbə qazanaraq 48-ci Liqanın çempionu olub.

Çempionluğunu rəsmiləşdirən Teymur Dadaşov daha sonra sosial media hesabında Tennis.az Liqasındakı çıxışını başa vurduğunu və bundan sonra özünü peşəkar tennisdə sınayacağını açıqlayıb.

Cari mövsümün nəticələri

  • Teymur Dadaşov – Umut Gündoğan: 6:5, 7:5
  • Teymur Dadaşov – Zaur Bayramov: 6:2, 6:3
  • Teymur Dadaşov – Azər Səfərov: 6:3, 6:0
  • Teymur Dadaşov – Tomas Kollinz: 6:1, 6:1
  • Teymur Dadaşov – Zaur Məmmədzadə: 4:6, 6:4, 6:3

Yekun turnir cədvəli

  1. Teymur Dadaşov – 5 qələbə
  2. Zaur Bayramov – 4
  3. Zaur Məmmədzadə – 3
  4. Umut Gündoğan – 2
  5. Tomas Kollinz – 1
  6. Azər Səfərov – 0

Bu nəticə ilə Teymur Dadaşov Tennis.az Liqasında 8-ci çempionluğunu qazanaraq tarixin ən uğurlu tennisçilərindən biri statusunu daha da möhkəmləndirib.

Tennis.az Liqasında çempionluqların sayı

  • Teymur Dadaşov – 8
  • Augusto Massari – 6
  • Ziya Ələkbərov – 6
  • Zaur Bayramov – 6
  • İrfan Səmədov – 5
  • Zaur Məmmədzadə – 5
  • Diana Yakovleva – 4
  • İsmayıl Akıncı – 2
  • Stefano la Femina – 1
  • Elvin Həşimov – 1
  • İsmayıl Babayev – 1
  • Vasif Mütəllibov – 1
  • Ruslan Nuriyev – 1
  • Aurelien Prost – 1