28 May – Respublika Gününə həsr olunmuş həvəskarlararası tennis turniri uğurla baş tutub
28 May – Respublika Gününə həsr olunmuş həvəskarlararası tennis turniri uğurla baş tutub
28 May – Respublika Günü münasibətilə təşkil olunan həvəskarlararası tennis turniri uğurla keçirilib.
Turnirdə hər biri 5 nəfərdən ibarət 8 komanda iştirak edib. Komandalar single və doubles formatlarında ümumilikdə 5 qarşılaşma keçirərək çempionluq uğrunda mübarizə aparıblar.
Çempion komandanın heyəti:
- İrfan Səmədov
- Yevgeni Kazakeviç
- Zaur Əsədov
- Fira Teyyubova
- İspar Əzizov
Turnirin qaliblərinə kuboklar və pul mükafatları təqdim olunub.
2-ci yeri tutan komanda isə tərəfdaşlarımız Mobitek, Mama Nakormila və Chocolama tərəfindən təqdim olunan dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Bununla yanaşı, turnirə maraqlı oyunu və yüksək əhval-ruhiyyəsi ilə rəng qatan digər iştirakçılar da müxtəlif hədiyyələrlə təltif olunublar.
Bütün iştirakçılara təşəkkür edir, növbəti turnirlərdə yenidən görüşməyi arzulayırıq!
