28 May — Respublika Günü Kuboku 2026
28 May — Respublika Gününə həsr olunmuş “Respublika Günü Kuboku 2026” tennis turniri uğurla baş tutdu.
Turnirdə ümumilikdə 8 komanda və 24 oyunçu iştirak etdi. Gün boyu yüksək rəqabət və maraqlı qarşılaşmalar izlənildi 👏🔥
Turnir olimpiya sistemi ilə keçirildi və komandalar arasında püşkatma yolu ilə cütlüklər müəyyən olundu. Hər komanda 3 oyunçudan ibarət idi və oyunçular 1–5 liqa səviyyələrini təmsil edirdi. Komanda tərkibində ümumi liqa limiti 8 olaraq müəyyən edilmişdi.
Komandalar arasında 1 setdən ibarət 3 cütlük qarşılaşması keçirilir və 2 qələbə qazanan komanda mərhələni adlayırdı.
Final görüşündə İdris Namazov, Sərxan Qarayev və Ravan Məmmədov komandası qalib gəldi 🏆
Onlar finalda Mohamed Helmi, Vüsal Bağırov və Anar Mustafayev komandasını 2:0 hesabı ilə məğlub etdilər 💪
Qalib komanda İrmik Cup tərəfindən 300 AZN mükafatla, Mobitek tərəfindən dəyərli hədiyyələrlə, həmçinin Glasstech tərəfindən kuboklarla təltif olundu. 🏆🎁
