AUSTRALIAN OPEN: 1/4 FİNALIN İLK 4 İŞTİRAKÇISI BƏLLİ OLUB
Avstraliya Open turnirində kişilərin yarışının yedinci gününün oyunlarında 1/4 final mərhələsinin iştirakçılarından 4-ü məlum olub. Bu nəticələrlə Tsitsipas, Lehecka, Korda, Khacanov qalib gələrək növbəti mərhələyə keçib.
Stefanos Tsitsipas İtaliyalı Jannik Sinnerdən hesabı 6-4 6-4 3-6 4-6 6-3 ilə üstün olub.
Jiri Lehecka gözlənilmədən Kanadalı Felix Auger-Aliassimeni məğlub edib: 4-6 6-3 7-6(2) 7-6(3).
Daha bir sensasiya isə Hubert Hurkacz Sebasitan Korda duelində olub. Tərəflər 5 setdə amansız mübarizə aparıb. Sonda Korda 3-6 6-3 6-3 1-6 7-6(7) hesabı ilə qələbə qazanıb.
Günün son matçında isə Karen Khachanov Yapon tennisçi Nishiokanı 3 setdə məğlub edib: 6-0 6-0 6-7(4)
1/4 finalın digər 4 iştirakçısı sabah oynanılacaq matçlardan sonra bəlli olacaq.