
AZERBAIJAN
"Zəfər Kuboku 2024" turniri keçirilib
8 Noyabr Zabitlər Parkının tennis kortlarında Zəfər Gününə həsr olunmuş qoşa komandalar arası "Zəfər Kuboku 2024" turniri keçirilib.
15 komandanın mübarizə apardığı maraqlı turnirin finalında Elman Ələskərov / Ruslan Lunyov cütlüyü Nicat Cahangir / Fərid Məlikbəyov cütlüyünü 4-2 4-3 hesabı ilə məğlub edərək Zəfər Kubokunun çempionu olublar.
Sonda qalib komandaya "Mobitek.az"dan kuboklar, Gürcüstana uçuş biletləri və turnirin bütün iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.