News

Ümumdünya Solaxaylar Gününə həsr olunmuş turnir keçirilib

Ümumdünya Solaxaylar Gününə həsr olunmuş turnir keçirilib

13 Avqust - Ümumdünya Solaxaylar Gününə həsr olunmuş fərdi 1 setlik əyləncəli "Mobitek Cup" turniri keçirilib.
Turnirin qaydalarına görə sağəlli oyunçular yalnız sol əllə, soləlli oyunçular isə yalnız sağ əllə oynayıb. Turnirdə 16 iştirakçı əks əlinin gücünü həm təklər, həm də cütlərdə sınayıb.

Təklərin finalında dəfələrlə beynəlxalq yarışlarda titul qazanmış Tamerlan Əzizov Samir Qafarovu 6-3 hesabı ilə məğlub edərək çempion olub.

Cütlərin yarışında isə Kamran Axundov / Pərviz Həsənli cütlüyü Alina Qavriş / Fərid Yarıyevi 6-4 hesabı ilə məğlub edərək çempion olub.

Sonda qaliblərə Mobitek.az-dan kubok və hədiyyə kuponları, bütün iştirakçılara xatirə hədiyyələri, Barselona Import-dan isə kofe təqdim edilib.