News

Tennis həvəskarları arasında Ramazan Bayramı Kuboku keçirilib

Tennis həvəskarları arasında Ramazan Bayramı Kuboku keçirilib

Zabitlər Parkının yanındakı tennis kortlarında Ramazan Bayramı münasibətilə növbəti turnir keçirilib. Bu dəfə yarış cütlüklər turniri formatında olub.

Turnirdə kişi və qadınlardan ibarət 22 cütlük iştirak edib. Olimpiya sistemi üzrə keçirilən turnirdə öncə kvalifikasiya mərhələsi, daha sonra isə 16 cütlüyün iştirakı ilə əsas mərhələ keçirilib.

Finalda Tələt Xəlilov / Pərviz Bənənyarlı cütlüyü Bəhruz Rüstəmov / Əziz Manafov cütlüyünü 6-4 hesabı ilə məğlub edərək çempion olublar.

Turnirdən sonra mükafatlandırma mərasimi keçirilib. Çempionlara kuboklarla yanaşı son model "Babolat" raketkaları, ikincilərə isə xatirə kubokları hədiyyə edilib.