News

Solaxaylar Gününə həsr olunmuş turnir keçiriləcək

Solaxaylar Gününə həsr olunmuş turnir keçiriləcək

13 Avqust - Ümumdünya Solaxaylar Gününə həsr olunmuş fərdi 1 setlik əyləncəli "Mobitek Cup" turniri keçiriləcək.
Turnirdə sağəlli oyunçular yalnız sol əllə, soləlli oyunçular isə yalnız sağ əllə oynaya bilər.

Zabitlər parkının yanında yerləşən Leyla Tennis Kompleksində keçiriləcək turnirdə qalib - kubok və 300 AZN hədiyyə kuponu,
2-ci yerin sahibi isə 200 AZN kuponu qazanacaq.

Bütün iştirakçılara Mobitek.az-dan xatirə hədiyyələri veriləcək.

Turnirə yazılmaq istəyənlər 8-12 avqust tarixlərində müraciət edə bilər.

+994 77 715 30 40