News

ÖLKƏNİN ƏN KÜTLƏVİ HƏVƏSKAR TENNİS TURNİRİ FƏALİYYƏTİNİ BƏRPA EDİB

ÖLKƏNİN ƏN KÜTLƏVİ HƏVƏSKAR TENNİS TURNİRİ FƏALİYYƏTİNİ BƏRPA EDİB

Piano Hotel Tennis Liqası Azərbaycanda həvəskar tennisçilər arasında keçirilən ən kütləvi yarışdır. 2018-ci ildə fəaliyyətə başlamış liqada bu günədək 305 tennisçi gücünü sınamışdır. İndiyədək 37 liqa keçirilmişdir və son çempionu Teymur Dadaşovdur. Ən çox çempion olmuş tennisçi 6 çempionluqla Augusto Massaridir (İtaliya). Yadigar Məmmədli isə bütün aylar üzrə ən çox oyun keçirmiş (176) və ən çox qələbə qazanmış (97) tennisçidir.

Liqa ölkədə böyük tennisə olan marağın artmasını təmin etmişdir. Hətta hazırda Azərbaycanda tennis həvəskarları ictimaiyəti oyun səviyyələrini liqa səviyyəsi ilə ölçür.

Liqanın oyunları bu gündən başlamaqla qaldığı yerdən davam edir.