News

"Gardashlar Mebel Doubles Championship 2024"ün 2-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 2-ci turniri keçirilib

16 iyun "Gardashlar Mebel Doubles Championship 2024"ün 2-ci turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Pərviz Bənənyarlı / Yurii Kutlin cütlüyü Sərxan Qarayev / Samir Hacıyev cütlüyünü 7-5 hesabı ilə məğlub edərək çempion olublar. Çempion cütlük bu nəticə ilə hərəyə 60 reytinq xalı qazanıb. Ümumi reytinq xalını 130-a çatdıran Pərviz Bənənyarlı hazırda vahid liderdir.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.