
AZERBAIJAN
"Gardashlar Mebel Doubles Championship 2024"ün 13-cü turniri keçirilib
8 sentyabr "Gardashlar Mebel Doubles Championship 2024"ün 13-cü turniri keçirilib.
18 cütlüyün mübarizə apardığı turnirin finalında Mary Rose del Norte / Vüsal Bağırov cütlüyü Samir Hacıyev / Sərxan Qarayev cütlüyünü 7-6 hesabı ilə məğlub edərək çempion olublar.
Sonda finalçılara və digər iştirakçılara "Spektr", "Happy Moon's Cafe", "Fikus Baku", "Cinnabon" və "Mobitek"dən kuponlar hədiyyə edilib.
Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.