News

"Gardashlar Mebel Doubles Championship 2023"ün 7-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 7-ci turniri keçirilib

23 iyul "Gardashlar Mebel Doubles Championship 2023"ün 7-ci turniri keçirilib.

14 cütlüyün mübarizə apardığı turnirin finalında Rahim Allahverdiyev / Zaur Bayramov cütlüyü Əziz Manafov / Kirill Satyukov cütlüyünü 6-1 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. 7-ci turnirdən sonra reytinq cədvəlinə 260 xalla 3 nəfər - Əziz Manafov, Vüsal Bağırov və Pərviz Həsənli başçılıq edirlər.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.