News

"Gardashlar Mebel Doubles Championship 2023"ün 16-cı turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 16-cı turniri keçirilib

1 oktyabr "Gardashlar Mebel Doubles Championship 2023"ün 16-cı turniri keçirilib.

15 cütlüyün mübarizə apardığı turnirin finalında Sərxan Qarayev / Vüsal Bağırov cütlüyü Kamran Axundovla Azər Səfərovu 6-4 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

Son turnirdən sonra reytinq cədvəlinin ilk 5-liyi digər aşağıdakı kimidir:
1. Əziz Manafov - 590 xal
2. Vüsal Bağırov - 580 xal
3. Zaur Bayramov - 550 xal
4. Pərviz Həsənli - 530 xal
5. Fərid Yarıyev - 530 xal

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.