News

"Gardashlar Mebel Doubles Championship 2023"ün 13-cü turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 13-cü turniri keçirilib

10 sentyabr "Gardashlar Mebel Doubles Championship 2023"ün 13-cü turniri keçirilib.

13 cütlüyün mübarizə apardığı turnirin finalında Əziz Manafov / Fərid Yarıyev cütlüyü Sərxan Qarayev / Vüsal Bağırov cütlüyünü 6-4 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. Beləcə Əziz Manafov xallarını 480-ə çatdıraraq uzun müddətdir Pərviz Həsənlinin qoruduğu reytinq cədvəlinin 1-ci pilləsinə yüksəlib. İlk üçlükdə onları 440 xalla Vüsal Bağırov izləyir. Son turniri qazanmaqla 3-cü çempionluğunu yaşayan  Fərid Yarıyev isə Zaur Bayramovla birgə 430 reytinq xalı ilə 4-5-ci yerləri bölüşürlər.