News

"Gardashlar Mebel Doubles Championship 2023"ün 11-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 11-ci turniri keçirilib

27 avqust "Gardashlar Mebel Doubles Championship 2023"ün 11-ci turniri keçirilib.

21 cütlüyün mübarizə apardığı turnirin finalında Abbas Səfərov / Marina Abramenko cütlüyü Mary Rose del Norte / Zaur Bayramov cütlüyünü 6-4 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. 11-ci turnirdən sonra qrup mərhələsini adlaya bilməməsinə baxmayaraq reytinq cədvəlinə hələ də 410 xalla Pərviz Həsənli başçılıq edir. Vüsal Bağırov və Əziz Manafov 370 xalla 2-3-cü yerləri bölüşür. Son turnirin finalçısı Zaur Bayramov 4-cü pilləyə yüksəlib. İlk 5-liyi isə 350 xalla Fərid Yarıyev tamamlayıb.