News

Azərbaycanda ilk "Çimərlik Tennisi Turniri" keçirilib

Azərbaycanda ilk "Çimərlik Tennisi Turniri" keçirilib

12 May tarixində Tennis.az və Su İdman Sarayının birgə layihəsi olan "Azərbaycanda İlk Çimərlik Tennisi Turniri" keçirilib.

Turnirdə 32 nəfər (16 cütlük) iştirak edib. Turnirin finalında Umut Gündoğan / Mamed Həsənov cütlüyü Pərviz Həsənli / Mary Rose del Norte cütlüyünü 6-2 hesabı ilə məğlub edərək çempion olub.
3-cü yeri isə Aydan Məmmədhəsənova / Zaur Bayramov cütlüyü tutub.

Sonda qaliblərə kubok, medal və xüsusi hədiyyələr təqdim edilib. Turnirdə iştirak edən hər kəs su idman sarayının xidmətlərindən istifadə etmək üçün xüsusi kuponlar qazanıb.