
TENNIS LEAGUE
"50-ci Yubiley Liqası" keçiriləcək
"50-ci Yubiley Liqası" 5 Fevral-20 Mart tarixlərində keçiriləcək.
Ümumi mükafat fondu:
5000 AZN olacaq.
50-ci Liqa maraqlı tədbirlər, müsabiqələr və hədiyyələrlə bol olacaq.
Nəzərinizə çatdıraq ki, Azərbaycanda yeganə olan tennis liqası 2018-ci ilin noyabrından keçirilir və Beynəlxalq status daşıyır. Liqa Azərbaycanda tennisin inkişaf etdirilməsi və populyarlaşdırılması; ölkə üzrə Tenniçilərin reytinqinin müəyyənləşdirilməsi, rəqib tapmaq probleminin aradan qaldırılması; tennisçilərin ustalıq səviyyəsinin artırılması; idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.