News

28 May Respublika Gününə həsr olunmuş həvəskarlararası tennis turniri keçirilib

28 May Respublika Gününə həsr olunmuş həvəskarlararası tennis turniri keçirilib

28 May Respublika Gününə həsr olunmuş həvəskarlararası tennis turniri keçirilib. Yarışda 6 nəfərdən ibarət 9 komanda doubles və mixed formatında 6 matç keçiriblər.

Ümumilikdə 49 oyunun baş tutduğu turnirdə Vüsal Bağırov, Teymur Dadaşov, Emil Məlikov, Fərid Həsənov, Doğa Kılıç, Nigar Ağalarovadan ibarət komanda çempion olub.

Sonda qaliblər kuboklar və pul mükafatı qazanıb. 2-ci yeri tutan komandaya isə tərəfdaşlarımızın - "Fikus Baku", "Cinnabon", "Happy Moon's" və "Spektr Medical Center"in hədiyyə kuponları təqdim edilib. Turnirə öz oyunu və əməyi ilə rəng qatan digər iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.