News

20 HƏFTƏ DAVAM EDƏCƏK GARDASHLAR MEBEL DOUBLES CHAMPIONSHIP 2024 BAŞLAYIR

20 HƏFTƏ DAVAM EDƏCƏK GARDASHLAR MEBEL DOUBLES CHAMPIONSHIP 2024 BAŞLAYIR

Bu bazar günü, 9 iyun, saat 17:00-da Zabitlər Parkının yanındakı tennis kortlarında (Tennis.az) 20 həftə keçiriləcək "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa mini-turnirlərinə start veriləcək.

Cütlüklər formatında hər bazar keçiriləcək reytinqli turnirdə oyunçular iştiraka görə 10 xal, hər qələbəyə görə daha 10 xal, çempionluğa görə isə daha 10 xal qazanacaqlar.

Cari ayın liqasına uyğun olaraq, 1-ci liqanın oyunçuları yalnız 5-ci liqanın oyunçuları ilə,
2-ci liqanın oyunçuları 4,5;
3-cü liqanın oyunçuları 3,4,5;
4-cü liqanın oyunçuları isə 2,3 və 4;
5-ci liqanın oyunçuları isə 1,2 və 3-cü liqaların oyunçuları ilə birlikdə yazıla bilər.

Liqada iştirak etməyən oyunçular isə iştirak etdiyi dövrdəki ən yüksək reytinqlə qatıla bilərlər. Cütlüklər eyni tərkibdə ayda yalnız 1 dəfə oynaya bilər.

Bu format hamının şanslarını bərabərləşdirir və sonda istənilən oyunçuya birinci 5-likdə olmaq şansı yaradır.

Çempionatın sonunda reytinqdə qərarlaşan ilk 5 oyunçu Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.