News

Yannik Sinnerdən mükəmməl göstərici

Yannik Sinnerdən mükəmməl göstərici

Dünya tennisinin lideri Yannik Sinner US Open turnirinin 1/4 finalına yüksəlib.

O, 1/8 finalda amerikalı Tommi Pol üzərində 7:6 (7:3), 7:6 (7:5), 6:1 hesablı qələbə qazanıb.

İtaliyalı tennisçi bununla mükəmməl göstəriciyə imza atıb.

Belə ki, Sinner bu qələbə sayəsində 2024-cü ildə keçirilən bütün "Böyük dəbilqə" seriyalı turnirlərin ən azı 1/4 finalınadək irəliləyən yeganə tennisiçi olub. 

Xatırladaq ki, italiyalı idmançı Avstraliyanın açıq çempionatında baş mükafata layiq görülmüşdü.

"Uimbldon" turnirində 1/4 finala yüksələn Sinner, "Rolan Qarros"un yarımfinalında Karlos Alkarasa uduzmuşdu.