News

ROGER FEDERERDƏN HEÇ VAXT QIRILMAYAN REKORDLAR: İKİ FƏRQLİ BÖYÜK DƏBİLQƏ TİTULUNU ARDICIL 5 İL MÜDAFİƏ ETMƏK

ROGER FEDERERDƏN HEÇ VAXT QIRILMAYAN REKORDLAR: İKİ FƏRQLİ BÖYÜK DƏBİLQƏ TİTULUNU ARDICIL 5 İL MÜDAFİƏ ETMƏK

Karyerasının son hadisəsinə - bir həftə sonra keçiriləcək Laver Kubokuna qədər biz Roger Federerin heç vaxt qırılmayan rekordlarından danışacağıq.

Böyük Dəbilqə titulunu uğurla müdafiə etmək onsuz da çox çətindir, bəs onlardan birini ardıcıl beş il qazanmaq haqqında nə demək olar?

İlk Federer rekordumuz belədir:

Hər biri 5 il ardıcıl olmaqla iki fərqli Böyük Dəbilqə turnirinin qalibi olmaq

2003-2007-ci illərdə ardıcıl 5 il "Wimbledon"da və 2004-2008-ci illərdə ardıcıl 5 il "US Open"də qalib gəlməklə, Federer tennis tarixində hər biri 5 (və ya daha çox) il ardıcıl olmaqla iki müxtəlif Böyük Dəbilqə qalibi olan yeganə tennisçidir.

Bu iki seriya onun ümumi 20 titulunun yarısını təşkil edir.

ROGER FEDERERİN BÖYÜK DƏBİLQƏ TİTULLARI:

  • 6 Australian Open titulu: 2004, 2006, 2007, 2010, 2017, 2018
  • 1 Roland Garros titulu: 2009
  • 8 Wimbledon titulu: 20032004200520062007, 2009, 2012, 2017
  • 5 US Open titulu: 20042005200620072008

Federerin qazandığı hər iki titul seriyası daha böyük ola bilərdi. Lakin 2008-ci ildə "Wimbledon" finalında beşqat müdafiə çempionu kimi o, 4 saat 48 dəqiqəlik mübarizənin sonunda Rafael Nadala 6-4, 6-4, 6-7 (5), 6-7 (8), 9-7 hesabı ilə məğlub oldu. 2009-cu ildə isə "US Open" çempionatında beşqat müdafiə çempionu kimi o, argentinalı Xuan Martin del Potroya 4 saat 6 dəqiqəlik mübarizənin sonunda 3-6, 7-6 (5), 4-6, 7-6 (4), 6-2 hesabı ilə məğlub oldu və uğurunu təkrarlamağı bacarmadı.

Federer bunu iki fərqli turnirdə bacaran yeganə şəxs olsa da, tennis tarixində bu uğuru ümumilikdə 12 tennisçi bacarmışdır. Novak Cokoviç də bu siyahıya qoşulmağa yaxındır. O, son dörd il ardıcıl olaraq Wimbledon qalibi olub (COVID-19 pandemiyası səbəbindən ləğv edilmiş 2020 turnirini nəzərə almasaq).

Böyük Dəbilqə titullarını 5 il (və ya daha çox) müdafiə etmiş tennisçilər (kişilər və qadınlar, bütün dövrlər):

William Renshaw (Böyük Britaniya): 6 ardıcıl Uimbldon [1881-1886]
Richard Sears (ABŞ): 7 ardıcıl US Open [1881-1887]
Laurence Doherty (Böyük Britaniya): 5 ardıcıl Uimbldon [1902-1906]
Bill Larned (ABŞ): 5 dəfə US Open [1907-1911]
Suzanne Lenglen (Fransa): 5 ardıcıl Uimbldon [1919-1923]
Bill Tilden (ABŞ): 6 ardıcıl US Open [1920-1925]
Margaret Court (Avstraliya): 7 ardıcıl Avstraliya Open [1960-1966]
Roy Emerson (Avstraliya): 5 ardıcıl Avstraliya Open [1963-1967]
Bjorn Borg (İsveç): 5 ardıcıl Uimbldon [1976-1980]
Martina Navratilova (ABŞ): 6 ardıcıl Uimbldon [1982-1987]
Roger Federer (İsveçrə): 5 ardıcıl Uimbldon [2003-2007]
Roger Federer (İsveçrə): 5 ardıcıl US Open [2004-2008]

Rafael Nadal (İspaniya): 5 ardıcıl Roland Garros [2010-2014]