
Respublika Günü Kuboku keçirilib
28 May Respublika Gününə həsr olunmuş həvəskarlararası tennis turniri uğurla baş tutdu!
Turnirdə 5 nəfərdən ibarət 8 komanda iştirak etdi. Komandalar həm singles, həm də doubles formatında ümumilikdə 5 matç keçirdilər.
Çempion titulunu qazanan komanda:
İrfan Səmədov
Yevgeni Kazakeviç
Zaur Əsədov
Fira Teyyubova
İspar Əzizov
Qaliblərə kuboklar və pul mükafatı təqdim olundu.
2-ci yerin sahiblərinə isə tərəfdaşlarımız — Mobitek, Mama Nakormila və Chocolama tərəfindən dəyərli hədiyyələr verildi.
Turnirə öz oyunu və enerjisi ilə rəng qatan digər iştirakçılar da müxtəlif hədiyyələrlə mükafatlandırıldı.
Hər kəsə təşəkkür edirik və növbəti turnirlərdə görüşmək ümidi ilə!