News

PİANO HOTEL TENNİS LİQASI: LİQA KUBOKUNUN VAXTI VƏ YERİ ELAN EDİLİB

PİANO HOTEL TENNİS LİQASI: LİQA KUBOKUNUN VAXTI VƏ YERİ ELAN EDİLİB

Ölkənin ən kütləvi həvəskar tennis turnirinin - Piano Hotel Tennis Liqasının kubokunun keçiriləcəyi tarix və məkan bəlli olub.

Bu barədə liqanın təşkilat komitəsi məlumat yayıb. Belə ki, yayılan məlumata görə liqa kuboku 1 oktyabr 2022 tarixi, saat 10:00-da, "Sea Breeze Resort"un tennis kortlarında keçiriləcək.

Hər ayın sonu 2, 3 və 4-cü liqaların qruplarının ilk 2 yerləri arasında müvafiq 3 ayrı “Liqa kuboku” turniri keçirilir və qaliblər öz liqalarının kubokunu və aşağıdakı mükafatları qazanır:

1-ci liqanın qalibi – 500 AZN, 2-ci yer – 250 AZN, 3-cü yer – 100 AZN

2-ci liqanın kubokunun qalibi – 200 AZN, 2-ci yer – 100 AZN

3-cü liqanın kubokunun qalibi – 150 AZN, 2-ci yer – 75 AZN

4-cü liqanın kubokunun qalibi – 100 AZN, 2-ci yer – 50 AZN