News

"Gardashlar Mebel Doubles Championship 2023"ün 8-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 8-ci turniri keçirilib

30 iyul "Gardashlar Mebel Doubles Championship 2023"ün 8-ci turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Abbas Səfərov / Zaur Bayramov cütlüyü Zaur Məmmədzadə / Sərxan Qarayev cütlüyünü 6-2 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. 8-ci turnirdən sonra reytinq cədvəlinə 290 xalla Pərviz Həsənli başçılıq edir. Vüsal Bağırov və Əziz Manafov hərəyə 280 xalla 2-3-cü yerləri bölüşürlər. Zaur Bayramov son turnirdə qazandığı 70 xalla 4-cü yerə yüksəlib. 5-ci yerdə isə 230 xalla Kirill Satyukovdur.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.