News

"Gardashlar Mebel Doubles Championship 2023"ün 6-cı turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 6-cı turniri keçirilib

16 iyul "Gardashlar Mebel Doubles Championship 2023"ün 6-cı turniri keçirilib.

13 cütlüyün mübarizə apardığı turnirin finalında Vüsal Bağırov / Kirill Satyukov cütlüyü Pərviz Həsənli / Aurelien Prost cütlüyünü 6-4 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. Xallarının sayını 230-a çatdıran Vüsal Bağırov və Pərviz Həsənli 6-cı turnirdən sonra reytinq cədvəlinə başçılıq edirlər.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə qərarlaşan ilk 5 oyunçu Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.