News

"Gardashlar Mebel Doubles Championship 2023"ün 17-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 17-ci turniri keçirilib

8 oktyabr "Gardashlar Mebel Doubles Championship 2023"ün 17-ci turniri keçirilib.

15 cütlüyün mübarizə apardığı turnirin finalında Fərid Yarıyev / Mary Rose Del Norte cütlüyü Yurii Kutlin / Əziz Manafov cütlüyünü 7-6 hesabı ilə məğlub edib. Bu Fərid Yarıyevin 4-cü, Mary Rose Del Nortenin isə ilk çempionluğu olub.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

Son turnirdən sonra reytinq cədvəlinin ilk 5-liyi digər aşağıdakı kimidir:
1. Əziz Manafov - 640 xal
2. Vüsal Bağırov - 600 xal
3. Fərid Yarıyev - 600 xal
4. Zaur Bayramov - 580 xal
5. Pərviz Həsənli - 550 xal

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.