News

"Gardashlar Mebel Doubles Championship 2023"ün 10-cu turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 10-cu turniri keçirilib

20 avqust "Gardashlar Mebel Doubles Championship 2023"ün 10-cu turniri keçirilib.

16 cütlüyün mübarizə apardığı turnirin finalında Fərid Yarıyev / Thomas Collins cütlüyü Pərviz Həsənli / Umut Gündoğan cütlüyünü 6-3 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. 8-ci turnirdən sonra reytinq cədvəlinə 390 xalla Pərviz Həsənli başçılıq edir. 2-ci yerdə 350 xalla Vüsal Bağırov, 3-cü yerdə isə 340 xalla Əziz Manafovdur. Artıq 5 həftədir ki, bu üçlük reytinqin üst pilləsindədir. Son 2 turnirin çempionu Fərid Yarıyev isə reytinqdə 4-cü pilləyə yüksəlib.