News

AUSTRALIAN OPEN: DJOKOVIC SET UDUZMADAN QƏLƏBƏ QAZANARAQ 1/4 FİNALA YÜKSƏLİB

AUSTRALIAN OPEN: DJOKOVIC SET UDUZMADAN QƏLƏBƏ QAZANARAQ 1/4 FİNALA YÜKSƏLİB

Novak Djokovic turnirin 1/8 final mərhələsində Avstraliyalı rəqibi Alex De Minaur üzərində quru hesablı qələbə qazanıb. Oyun boyu amansız performans nümayiş etdirən Djokovic De Minaur 6-2 6-1 6-2 məğlub edib.

Bu matçın Serbiyalı üçün ilk 4 oyuna nisbətən çətin olacağı proqnozlaşdırılırdı. Lakin, görünür ki, Djokovic ümumiyyətlə bu haqda düşünməyib.

O indi 1/4 final barəsində düşünməldir, artıq rəqib də məlumdur. Djokovic yarımfinala vəsiqə uğrunda Rusiyalı rəqibi Andrey Rublev ilə mübarizə aparacaq. Matç 25 yanvar, Bakı vaxtı ilə 04:00-da keçiriləcək.