News

Alcaraz "Queen’s Club"da çempion oldu

Alcaraz "Queen’s Club"da çempion oldu

Alcaraz 2023 "Queen’s Club" turnirinin finalında Aleks de Minauru 6-4 6-4 hesabı ilə məğlub edərək çempionata damğasını vurdu. İspan tennisçi bununla Uimbldon çempionluğuna iddialı olduğunu bir daha göstərdi.

20 yaşlı tennisçi adını “Rolan Qarros”un yarımfinalına yazsa da, turnirin çempionu Novak Cokoviçə məğlub olaraq mübarizəni dayandırmışdı. Qərbi Londonda qazandığı bu qələbə ilə isə Alkaras ATP Dünya reytinqində yenidən 1-ci yerə yüksəlib. Final matçından sonra açıqlama verən Alkaraz Uimbldonda favoritlərindən biri olduğunu bildirib.