News

6 avqust "Gardashlar Mebel Doubles Championship 2023"ün 9-cu turniri keçirilib

6 avqust "Gardashlar Mebel Doubles Championship 2023"ün 9-cu turniri keçirilib

6 avqust "Gardashlar Mebel Doubles Championship 2023"ün 9-cu turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Fərid Yarıyev / Umut Gündoğan cütlüyü Əhməd Səfiyev / Zaur Məmmədzadə cütlüyünü 7-5 hesabı ilə məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. 8-ci turnirdən sonra reytinq cədvəlinə 330 xalla Pərviz Həsənli başçılıq edir. Vüsal Bağırov və Əziz Manafov hərəyə 320 xalla 2-3-cü yerləri bölüşürlər. Zaur Bayramov son turnirdə qazandığı 30 xalla 4-cü yeri qoruyub. 5-ci yerdə isə 250 xalla son çempion Fərid Yarıyevdir.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.