News

"50-ci Yubiley Liqası"nın qalibləri məlum oldu

"50-ci Yubiley Liqası"nın qalibləri məlum oldu

Tədbirlər, müsabiqələr və hədiyyələrlə bol olan "50-ci Yubiley Liqası" başa çatıb. Ümumi mükafat fondu 5000 AZN olan turnir Fevral-mart aylarını əhatə edib və 1-ci liqanın çempionu Ziya Ələkbərov olub. O bununla liqa çempionluqlarının sayını 8-ə çatdırıb.

Ziyanın "50-ci Yubiley Liqası" nəticələri:
Ziya Ələkbərov - Zaur Bayramov: 4-6 7-5 6-2
Ziya Ələkbərov - İrfan Səmədov: 7-5 7-5
Ziya Ələkbərov - Zaur Məmmədzadə: 7-6 0-6 3-6
Ziya Ələkbərov - Yusif Rzayev: 4-6 6-2 6-4
Ziya Ələkbərov - Umut Gündoğan: 6-2 6-1

Digər liqalarda qaliblər 30-31 mart tarixlərində Zabitlər Parkının yanındakı tennis kortlarında keçirilən "Liqa Kuboku" turnirlərində məlum olub.

2-ci liqanın kubokunu Hüseyn Həsənov qazanıb. O finalda Əziz Manaofovu 6-7 6-4 11-9 hesabı ilə məğlub edərək buna nail olub.

Kamran Axundov 3-cü liqanın finalında Nicat Həsənovu 6-3 6-1 hesabı ilə məğlub edərək çempion olub.

4-cü liqanın qalibi Qazaxıstanlı Beknurkhan Kemal finalda Rima Kərimlidən 6-2 1-6 10-7 hesabı ilə üstün olub.

Ukraynalı Daniil Shakira 5-ci liqanın finalında eyni qrupda mübarizəyə başladığı Ağababa Babayevi 6-2 6-4 hesabı ilə məğlub edərək çempion olub.

Sonda Çempionlara kubok, pulqabı və 500 AZN, 2-ci yerlərə 300 AZN, 3 və 4-cü yerlərə isə 100 AZN mükafat verilib.