News

2 iyul Gardashlar Mebel Doubles Championship 2023-ün 4-cü turniri keçirilib

2 iyul Gardashlar Mebel Doubles Championship 2023-ün 4-cü turniri keçirilib

2 iyul "Gardashlar Mebel Doubles Championship 2023"ün 4-cü turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Zaur Məmmədzadə / Əhməd Səfiyev cütlüyü 3-5 0-40 hesabından geridönüş edərək 7-6 hesabı ilə Azər Səfərov / Əziz Manafovu məğlub edib.

Çempion cütlük bu nəticə ilə hərəyə 60 reytinq xalı qazanıb. 4-cü turnirdən sonra Fərid Dadaşov, Əziz Manafov və Pərviz Həsənli reytinqdə 140 xalla ilk pillədədirlər.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə qərarlaşan ilk 5 oyunçu Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.