AZƏRBAYCAN
Zəfər Günü Kuboku 2025
8 noyabr tarixində Zabitlər Parkının tennis kortlarında “Zəfər Günü Kuboku 2025” turniri təşkil olunub. Yarışda ümumilikdə 18 komanda iştirak edib.
Turnir əvvəlcə qrup mərhələsi, daha sonra isə olimpiya sistemi üzrə davam edib. Bütün komandalar gün ərzində yüksək tempdə və gərgin oyunlar nümayiş etdiriblər.
Həlledici final görüşündə Kamal Novruzov – Nicat Cahangir cütlüyü, Vasif Mütəllibov – İlyas Kərimov duetini 7:5 hesabı ilə məğlub edərək Zəfər Günü Kuboku 2025-in qalibi adını qazanıb.
Turnirin sonunda qalib komanda Gardashlar Mebel tərəfindən kuboklar və dəyərli hədiyyələrlə təltif edilib. Bütün iştirakçılara xatirə suvenirləri təqdim olunub.
