Tie Break King 2025:  Liqanın 7 illiyinə həsr olunmuş turnirdə 61 iştirakçı mübarizə apardı

Tie Break King 2025: Liqanın 7 illiyinə həsr olunmuş turnirdə 61 iştirakçı mübarizə apardı

Tennis.az Liqasının 7 illik yubileyi münasibətilə keçirilən “Tie Break King 2025” turniri başa çatıb. Yarış Tay Breyk formatındaolimpiya sistemi üzrə təşkil olunub. Turnirdə ümumilikdə 61 tennisçi iştirak edib.

Turnirin qalibləri və pul mükafatları aşağıdakı kimi müəyyənləşib:

🥇 İnarə Mütəllibova700 AZN
🥈 Beknurxan Kamal500 AZN
🥉 Kərim Haciyev300 AZN
4-cü yer — Zaur Orucov100 AZN

Pul mükafatları turnirin sponsorları olan Ozioİrmik Cup tərəfindən təqdim edilib.