Rafiq Həsənov Tennis.az Liqasının Fəxri Üzvü elan olundu
Tennis.az həvəskar tennis liqasında növbəti əlamətdar hadisə baş verib. Rafiq Həsənov liqaya uzunmüddətli töhfələri, nümunəvi davranışı və daim fəal iştirakı nəzərə alınaraq, 22 mart tarixində Tennis.az Liqasının Fəxri Üzvü seçilib.
Rafiq müəllim varlığı ilə həm oyunçulara motivasiya verir, həm də liqaya dəstək olaraq komanda ruhunu gücləndirir. Tennis.az komandası Rafiq Həsənovu bu yüksək fəxri ada layiq görülməsi münasibətilə ürəkdən təbrik edir və ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayır.
🎖 Liqanın Fəxri Oyunçuları:
Elçin Hüseynov, Yadigar Məmmədli, Choi Jin Youb, Umut Gündoğan, Fuad Ağayev, Harold Raulston, Zaur Məmmədzadə, Heike Mockel, Emil Məmmədov, Rafael Eyvazov, Tayyar Akkubayov, Ziya Ələkbərov, Sahib Həsənov, Pərviz Eyyubov, Azər Səfərov, Pərviz Həsənli, Əli Mirzayev, Mahal Göyüşov, Gülarə Əliyeva, Mamed Bayramov, Əziz Manafov, Əli Həşimli, Uzeyir Əlimərdanbəyli, Yurii Kutlin, Rafiq Həsənov
