Idris Namazov — ikiqat çempion: 61-ci Liqada inamlı qələbə

Idris Namazov — ikiqat çempion: 61-ci Liqada inamlı qələbə

61-ci Liqa 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək davam edərək son dövrlərin ən uzunmüddətli etapı oldu — turnir müxtəlif divizion və qruplarda onlarla oyunçunu bir araya gətirdi. İdris Namazov çempionluq statusunu qoruyaraq ardıcıl olaraq iki dəfə çempion titulunu qazandı.

Bu mərhələdə İdris əksər qarşılaşmalarda sabit və nəzarətli oyun nümayiş etdirdi:

Lamiya Hüseyn - 6:0, 6:3

Zaur Məmmədzadəyə - 6:4, 6:4

Zaur Bayramov - 7:6, 6:2

Nizam Qulamovla - 7:5, 6:2

Aurelien Prost - 6:2, 6:0

Əsas qarşılaşma Mohamed Helmi ilə oyun oldu — Namazov üçün yeganə üçsetlik görüş 6:7, 7:6, 6:3 hesabı qələbə ilə başa çatdı.
Görüş son dərəcə gərgin keçdi: ilk set tay-brekdə uduzuldu, ikinci set tay-brekdə qazanıldı və həlledici setdə inamlı oyunla qələbə əldə olundu. Məhz bu qələbə çempionluq uğrunda mübarizədə həlledici rol oynadı.

61-ci Liqadakı qələbə İdris üçün ardıcıl ikinci çempionluqdur (60-cı və 61-ci Liqalar). 
Üç ay davam edən müddət ərzində göstərilən sabit oyun tərzi onun həm ustalığını, həm də psixoloji dayanıqlığını nümayiş etdirdi. 
Gərgin rəqabət şəraitində Namazov bütün oyunlarda üstünlüyünü qorumağı bacardı və ciddi səhvə yol vermədi.

Ümumi mükafat fondu 2000 AZN olan mərhələnin çempionu İdris Namazov 500 AZN, ikinci yerin sahibi Mohamed Helmi isə 250 AZN pul mükafatı qazandı.

Mövsüm başa çatdıqdan sonra İdris Namazov fikrini belə bildirdi:
“Liqanın çempionu olmaqdan daha yaxşı nə ola bilər ki? Məncə Liqanı ikinci dəfə qazanmaq.”

61-ci Liqa başa çatdı. İndi hamını maraqlandıran sual budur: növbəti mərhələdə kimsə çempionun qələbə seriyasını dayandıra biləcəkmi?