"Gardashlar Mebel Doubles Championship 2024"ün 9-cu turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 9-cu turniri keçirilib

11 avqust "Gardashlar Mebel Doubles Championship 2024"ün 9-cu turniri keçirilib.

21 cütlüyün mübarizə apardığı turnirin finalında Sevinc Novruzova / Vüsal Bağırov cütlüyü Nicat Cahangir / Sərxan Qarayev cütlüyünü 7-5 hesabı ilə məğlub edərək çempion olublar. Sonda finalçılara və digər iştirakçılara "Spektr", "Fikus Baku", "Cinnabon" və "Mobitek"dən kuponlar hədiyyə edilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.