"Gardashlar Mebel Doubles Championship 2024"ün 7-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 7-ci turniri keçirilib

21 iyul "Gardashlar Mebel Doubles Championship 2024"ün 7-ci turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Teymur Dadaşov / Fuad Hüseynov cütlüyü Sevinc Novruzova / Vüsal Bağırov cütlüyünü 7-5 hesabı ilə məğlub edərək çempion olublar. Sonda finalçılara və digər iştirakçılara "Spektr", "Fikus Baku", "Cinnabon" və "Mobitek"dən kuponlar hədiyyə edilib. Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. Bu nəticə ilə Teymur Dadaşov xalını 340-a çatdırıb, onun ən yaxın izləyiciləri Sevinc Novruzova və Pərviz Bananyarlinin 270 xalı var. Fuad Hüseynov (240 xal) isə 1 həftə sonra yenidən ilk 5-likdəki yerinə qayıdıb.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.