"Gardashlar Mebel Doubles Championship 2024"ün 4-cü turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 4-cü turniri keçirilib

30 iyun "Gardashlar Mebel Doubles Championship 2024"ün 4-cü turniri keçirilib.

19 cütlüyün mübarizə apardığı turnirin finalında Teymur Dadaşov / Orxan Sadıqlı cütlüyü Sevinc Novruzova / Sərxan Qarayev cütlüyünü 6-4 hesabı ilə məğlub edərək çempion olublar. Çempion cütlük bu nəticə ilə hərəyə 80 reytinq xalı qazanıb. Bu xallarla Teymur Dadaşov (190 xal) reytinq cədvəlinin 2-ci yerinə yüksəlib, Orxan Sadıqlı (80 xal) ilk 20-liyə daxil olub. Reytinq cədvəlinə isə Pərviz Bənənyarlı (200 xal) başçılıq edir.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.