
AZƏRBAYCAN
"Gardashlar Mebel Doubles Championship 2024"ün 16-cı turniri keçirilib
29 sentyabr "Gardashlar Mebel Doubles Championship 2024"ün 16-cı turniri keçirilib.
18 cütlüyün mübarizə apardığı turnirin finalında Teymur Dadaşov / Orxan Sadıqlı cütlüyü Pərviz Bənənyarlı / Scott Risner cütlüyünü 6-1 hesabı ilə məğlub edərək çempion olublar. Sonda qaliblərə "Spektr"dan kuponlar hədiyyə edilib.
Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.